Biləsuvarda qadını maşın vurub

OXUNUB: 592 HADİSƏ

Biləsuvar rayonunda piyadavurma hadisəsi baş verib.

Rayonun "Təyyarə meydanı" adlı yaşayış massivinin sakini 1967-ci il təvəllüdlü Həziyeva Arzu Xeyrulla qızı minik avtomobili tərəfindən vurulub.

Yaralı qadın Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilərək, Cərahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR