Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri ilə Xocəsən bələdiyyəsində görüş keçirildi.

OXUNUB: 1221 SOSİAL
18 avqust tarixində ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən  10-cu qrup ASAN könüllüləri ilə Xocəsən bələdiyyəsində görüş keçirildi.
Keçirilən görüşdə Xocəsən Bələdiyyəsinin sədri Anar Abbasov, Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Bələdiyyə sədrinin müavinləri, "İctimai-humanitar” sektorunun müdiri və ASAN könüllüləri iştirak etdilər. 
İlk öncə ASAN könüllüləri Xocəsən bələdiyyəsinin fəaliyyəti ilə tanış oldular və onlara bələdiyyənin iş fəaliyyəti, şöbələri haqqında geniş məlumat verildi.
Daha sonra ASAN könüllüləri ilə görüş keçirildi. Görüşdə çıxış edən Xocəsən Bələdiyyəsinin sədri Anar Abbasov bələdiyyənin fəaliyyəti, iş mexanizmi haqqında geniş məlumat verdi.
Daha sonra çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Bələdiyyələrdə yaradılmış "İctimai-humanitar” sektorlar  haqqında geniş məlumat verərək bir il ərzində Binəqədi rayonunda bələdiyyələrin "İctimai-humanitar” sektorunun fəaliyyəti, həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışdı.
     
Sonra Xocəsən Bələdiyyəsinin "İctimai-humanitar” sektorunun müdiri Pərvanə Gözəlova 2016-cı ilin avqust ayından Xocəsən bələdiyyəsində yaradılan "İctimai-humanitar” sektorun həyata keçirdiyi layihələrin təqdimatını etdi.
Təqdimatdan sonra gənclərin bələdiyyə ilə bağlı təəssüratları dinlənilərək sualları cavablandırıldı. 
Təqdimatdan sonra gənclərin çay süfrəsi ətrafında səmimi görüşü davam etdi. 
Sonda xatirə fotosu çəkdirildi. 
 
 
İcmal.Az

RƏYLƏR