AzeriCard bank kartlarında problemlə bağlı açıqlama verib

OXUNUB: 20 SOSİAL İQTİSADİYYAT
Azərbaycanda bir sıra bankların kart sistemlərində yaranan problemlərin AzeriCard prosessinq mərkəzi ilə əlaqəli olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu barədə AzeriCard Anews.az-ın sorğusuna cavab olaraq bildirib.

"Bu, doğru məlumat deyil. Problem bankların özü ilə bağlıdır”, – şirkətdən qeyd edilib.

Buün bəzi bank müştərilərinin kart hesablarında problemlərlə üzləşdiyi, əməliyyatların icra olunmadığı və vəsaitlərin silindiyi barədə məlumatlar yayılmışdı. Həmin məlumatlarda nasazlığın AzeriCard sistemi ilə bağlı ola biləcəyi iddia edilirdi.

Hazırda ölkə üzrə bir sıra bankların, o cümlədən AccessBank, ABB və Expressbank müştəriləri kart əməliyyatlarında çətinliklərlə üzləşdiklərini bildirirlər.

Müştərilərin sözlərinə görə, bəzi hallarda kartlarla ödəniş və digər əməliyyatlar həyata keçirilmir, hesablardan vəsait silinir, hətta balansında vəsait olmayan kartlarda mənfi qalıq və ya borc məbləği yaranır.

Problemin səbəbləri və miqyası ilə bağlı aidiyyəti banklar hələlik ətraflı açıqlama verməyiblər.

Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankına da sorğu göndərilib. Tənzimləyici qurumun mövqeyi hələ açıqlanmayıb.

RƏYLƏR