“ASAN AI Hub” növbəti çağırış üzrə qalib həll müəyyən edib

OXUNUB: 0 Özəl SOSİAL

Ölkəmizin açıq innovasiya platforması olan "ASAN AI Hub” və "ABAD” publik hüquqi şəxs arasında əməkdaşlıq çərçivəsində elan edilmiş süni intellekt həlli üzrə çağırışın qalibi müəyyən edilib.

"ABAD”ın "Brendinq Platforması” mövzusu üzrə çağırışın qalibləri Fuad Bağıyev və Fatimə Bağırova seçiliblər.

Çağırışlar çərçivəsində ümumilikdə 12 innovativ həll təqdim olunub. İlkin qiymətləndirmə mərhələsinin nəticələrinə əsasən hər həll üzrə ən yüksək nəticə göstərən 5 iştirakçı növbəti mərhələyə vəsiqə qazanıb.

Bu təşəbbüs "ABAD” məhsullarının brendləşdirilməsi, etiketlənməsi və dizayn proseslərinin süni intellekt vasitəsilə daha səmərəli idarə olunmasına yönəlib.

Yekun mərhələdə isə çağırış üzrə bir qalib komanda 3000 AZN məbləğində mükafat ilə təltif olunub.

"ASAN AI Hub” platformasının əsas məqsədi Azərbaycanda süni intellekt sahəsində fəaliyyət göstərən tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal mühitdə bir araya gətirməkdir. Platforma açıq innovasiya modelini təşviq edərək dövlət, biznes və təhsil müəssisələri arasında effektiv əməkdaşlığı gücləndirir.

Platforma üzərindən real texnoloji problemlər açıq şəkildə elan olunur və tələbələr, universitet və elmi müəssisələrin nümayəndələri, sahibkarlar, eləcə də ictimai təşkilatlar həlləri ilə müraciət edərək mükafat fondu uğrunda rəqabət aparmaq imkanı əldə edirlər.

 
 Ətraflı məlumat üçün: https://asanhub.ai/
 



 


RƏYLƏR