Binəqədi rayon məktəblərində Bilik günü qeyd olundu.

OXUNUB: 1227 MARAQLI

 

15 sentyabr 2017-ci il tarixdə Binəqədi rayonunun ümumtəhsil məktəblərində "15 sentyabr – Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə bayram tədbirləri keçirildi.

Məktəbliləri təbrik etmək üçün 276 saylı tam orta məktəbdə keçirilən bayram tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, 276 saylı məktəbin derektoru Bəhram Şiriyev, məktəbin müəllim və şagird heyəti iştirak etdilər.

Öncə 276 saylı məktəbin direktoru Bəhram Şiriyev şagirdləri, müəllimləri və qonaqları salamladı.

Daha sonra çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov təhsil sahəsində şahidi  olduğumuz nailiyyətlərin dövlət başçısı cənab İlham Əliyevin ardıcıl, məqsədyönlü və Azərbaycanın gələcək inkişaf perspektivlərinə hesablanmış təhsil strategiyasından qaynaqlandığını vurğuladı.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək Bilik günü münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik etdi, onlara yeni dərs ilində uğurlar arzuladı. Rayon İcra Hakimiyyətinin başçısı ötən tədris ilinin də Binəqədi rayonu üçün uğurlu olduğunu diqqətə çatdırdı, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərindən 105 nəfərin 600-dən yuxarı bal toplayaraq yüksək nəticələr göstərdiyini vurğuladı. O, bütün bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının dayandığını bildirdi.

           Sonra tədbir bədii hissə ilə davam etmiş, məktəbin şagird və məzunları "Gəl ey səhər”, "Azərbaycan”, "Yaşayır Ulu Öndər” mahnılarını ifa etmişlər. Müxtəlif dillərdə şeirlər səsləndirən balacalar Cocuq Mərcanlı haqqında kompozisiya göstərmişdirlər. Bir-birindən maraqlı rəqs nümunələri tədbirə əlvanlıq qatmışdır.

          Tədbirin sonunda "İlk Zəng” çalınmış və dərs başlanmışdır.

 

İcmal.Az 

RƏYLƏR