Binəqədi rayonunda “Dəyərlərimiz üçün birləşək” adlı iməclik aksiyası keçirildi

OXUNUB: 604 MARAQLI

İCMAL.az xəbər verir ki, 03 iyun tarixində Binəqədi rayonunda "Dəyərlərimiz üçün birləşək” adlı iməclik aksiyası keçirildi.

"İslam Həmrəyliyi ili” çərçivəsində keçirilən iməclik aksiyasında İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın əməkdaşları, YAP Binəqədi rayon təşkilatının əməkdaşları və Gənclər Birliyinin fəalları, Binəqədi rayon Yaşıllaşdırma İdarəsinin əməkdaşları, eləcə də rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, rayonun bələdiyyələri, həmçinin ayrı-ayrı idarə, müəssisə və təşkilatları, ümumilikdə 300 nəfər fəal iştirak etdilər.

Rayonun Binəqədi bələdiyyəsi - Novxanı bağ massivi ərazisi, M.Ə.Rəsulzadə qəsəbəsi - İ.Hacıyev küçəsi 3126-cı məhəllə; Biləcəri qəsəbəsi- Natəvan küçəsi 20; Binəqədi qəsəbəsi- Gülüstan küçəsi 8; Xocəsən qəsəbəsi- Yuxarı Sulutəpə massivi ərazisi;28 May qəsəbəsi- 28 May qəsəbəsi, 7 və 8-ci küçələr və həmin qəsəbələrdə yerləşən qəbirstanlıqlarda iməclik edilibdir.

Aksiya zamanı ətraf yabanı otlardan, məişət tullantılarından təmizlənmiş və qəbirstanlıqlarda dinindən, irqindən asılı olmadan dəfn edilmiş bütün şəxslərin qəbirüstüləri təmizlənmiş və ətraflarında abadlıq işləri aparılmışdır.

"İslam Həmrəyliyi ili” çərçivəsində bu iməcliyin təşkil edilməsində əsas məqsəd odur ki, gənclərimiz bilməlidirlər tarixi İpək Yolunun üzərində yerləşən, Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan müxtəlif millətlərin,mədəniyyətlərin və dinlərin ardıcıllarının sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkan olub. Ölkəmizdə heç zaman milli-dini zəmində qarşıdurmanın baş verməməsi, həmçininqarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və etnik-dini münasibətlərin hökm sürməsi xalqımızın özünəməxsus milli xüsusiyyətindən irəli gəlir. Bütün bunları yaşatmaq və gənclərimizlə birgə təbliğ etmək olduqca vacib amillərdən biridir. O cümlədən, gənclər Biləcəri qəsəbəsində dəfn edilən tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevin qəbirüstü abidəsi ziyarət edərək, ətrafında təmizlik işləri aparmış və tər çiçəklər əkmişlər.

 

RƏYLƏR