Binəqədidə Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət edildilər.

OXUNUB: 1070 MARAQLI

 

    Binəqədi gəncləri Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər.  

 Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının baş məsləhətçisi Elnur Məmmədov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, Binəqədi qəsəbə bələdiyyəsinin ictimai-humanitar sektorunun müdiri Mətanət Nəsibova, YAP Binəqədi Rayon Təşkilatının əməkdaşları Rahil Şükürov, Natiq İsmayılov və ASAN könüllüləri Müqəddəs Qurban bayramı münasibətilə şəhid ailələrinin evində olmuşlar.   

Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Fəxrəddin Qurbanlı və  Emin Bağırovun ailələrini ziyarət edənlər ölkəmizin  ərazi bütövlüyü uğrunda canından keçən igidlərlə fəxr etdiklərini bildirmiş, onların adının hər zaman xatırlandığı və uca tutulduğunu vurğulamışlar. Sonra islam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban  bayramı münasibətilə onları təbrik etmiş,  onlara can sağlığı, firavan həyat, bol ruzi arzulamışlar.

 

 İcmal.Az

RƏYLƏR