Birinci vitse-spiker: ATƏT-in Minsk qrupunu bizə sırıdılar

OXUNUB: 562 SİYASƏT

1994-cü ildə bizə ATƏT-in Minsk qrupunu sırıdılar. Əgər BMT qətnamələri yerinə yetirilməyəcəksə, ATƏT-in Minsk qrupu nəyə lazımdır? Biz müharibə istəmirik. Ancaq nə qədər gözləməliyik?

İcmal.Az məlumat verir ki, bunu bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda çıxış edən birinci vitse-spiker Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov deyib ki, Dağlıq Qarabağda Azərbaycanın suverenliyi bərpa olunmalıdır: 

"Avropanın ədaləti, demokratiyası budurmu? Bu sualı mənə dəfələrlə seçicilər də ünvanlayıb”.

İcmal.Az

RƏYLƏR