Borca görə dostunu güllələyən şəxs hökmdən şikayət etdi

OXUNUB: 980 HADİSƏ

Bakıda ölümə cəhddə təqsirləndirilən Yan Tahiroviç Raznobarskinin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

İcmal.Az apa-a istinadən xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baxılacaq. 

Məhkəmənin ilkin baxış iclası sentyabrın 11-nə təyin edilib. 

Qeyd edək ki, təqsirləndirilən şəxs tanışı Murad Səyidovun aralarında yaranan münaqişə zəminində sonuncunu güllələyib. Xəstəxanaya yerləşdirilən M. Səyidovun həyatını xilas etmək mümkün olub. Hadisənin borc üstündə baş verdiyi bildirilir. 

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y. Raznobarski 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

 

İcmal.Az

RƏYLƏR