"Bu adam Rusiya Dövlət Duması adına böyük ləkədir" - Elşən Musayev

OXUNUB: 214 SİYASƏT
"Vladimir Jirinovski adında başıpozuğun, sistemsiz və rabitəsiz siyasət qırıntısının  biz tərəflərə dil uzatmağa heç bir haqqı yoxdur. Nə mənəvi, nə də hüquqi. Bu adam öz təmsil olunduğu Rusiya Dövlət Dumasının adına ləkə olan, tərbiyəsini tərbiyəsizliklə ifadə edən, siyasət meydanı ilə sirk arenasını səhv salan, buqələmun simasını gizlədə bilməyən, yarım saat ərzində 7 dəfə fikir dəyişən, hoqqabazlığın və təlxəkıliyin əsasını, strategiyasını yazan biridir. Ona görə də hər şey - diqqət edin, hər kəs demirəm - məhz hər şey (!) öz adı ilə çağırılmalıdır və bütün parazitlərin cavabı  dərhal, gecikmədən verilməlidir! Jirinovski üz qarasıdır.  Daha dəqiq ifadə etsəm: Jirinovskinin kin, nifrin püskürməsinin səbəbi, Jirinovskini danışdıran amil həm də öz üzünün qartmaq bağlayan qarasıdır və  bu  nanəcib, bu bədbəxt kiməsə şər, böhtan atmaq əvəzinə ilk öncə gedib güzgüdə özünə baxmalı, öz yaramaz tərcümeyi-halını incələməli, hansı ucuz və tüfeyli imicə sahib olduğunu dərk etməlidir"- 7news.az xəbər verir ki, məlum  fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev Jirinovskinin Azərbaycan dövlətini və Azərbaycanın ali rəhbərliyini hədəfə alan açıqlamasına münasibət bildirərkən söyləyib. 

"Adama deyən lazım ki, sən kimsən və niyə özünə aid olan işlərlə məşğul olmursan? O nə ifadələrdi, o nə jarqonlardı, o nə tərzdi? Hansısa debatda tərəf müqabili iləmi danışırsan, yoxsa olmayan partiyanın olmayan üzvləri iləmi? Kim verib sənə bu ixtiyarı? Bəlkə cəsarətinin səbəbi heç bir zaman ciddiyə alınmayan təlxək obrazındırmı? Yoxsa əzəli erməni sevginmi? Ya da 100 qramdan sonra başını daimi olaraq gicəlləndirən rus vodkasımı? Deyirsən Azərbaycanda yetərincə müxalif elektorat var. Xeyr! Yanılırsan. Elə elektorat-filan yoxdur. Azərbaycanda sadəcə sənin başqa bir tayın var. Kərimovski adında. O da eyni yolu gedir, məsələn qatığı yediyi anda ağzından dağıdır,  demokratiyanı əfsanələr üzərindən anlayır, uzaq dövlətlərin çevriliş gücünə, sehrli çubuğuna olan inamını illər və on illər boyunca itirmir. Müxalifət dediyin odursa, agah ol: elə sənin kimi müxalifətdirl! Ömürlük və əbədi müxalifət! 

Sən bir də Azərbaycan dövlətinə, ölkənin ali rəhbərliyinə dil uzatsan o dili elə uzanmış vəziyyətdə tarım saxlayıb uzandığına peşman edərik, xəbərin olsun! Azərbaycan reallığı sənin kimi buqələmunun və natarazın heç zaman anlaya bilməyəcəyi yerdədir. Azərbaycan demokratiyası yetərli həddədir və heç bir təlxək ölkəmizdə mövcud olan milli, mənəvi, ümumbəşəri dəyərlərlə bağlı təhqiramiz, ironik formada danışa bilməz. Ələlxüsus da sənin kimi anlaqsız - Jirinovski!

Şükürlər olsun ki, Rusiya dövləti sənin kimi düşünmür və daha adekvatdır. Şükürlər olsun ki, Rusiya dövlətçiliyi sənin kimi insanlardan qat-qat yüksəkdədir və ona görə də söylədiyin sərsəm fikirlər Rusiya- Azərbaycan dostluğuna əsla və əsla ziyan vura, bu münasibətləri zədələyə bilməyəcək" - deyə millət vəkili fikirlərinə davam edib.

RƏYLƏR