Bu gün Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək

OXUNUB: 930 GÜNDƏM SİYASƏT
Bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovuniştirakı ilə Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Zöhrab Mnatskanyan arasında görüş keçiriləcək.

7news xəbər verir ki, görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə edəcəklər.

Qapalı müzakirələr 29 Mart tarixində Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanarasında aparılmış danışıqların yekunu fonunda keçiriləcək.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.

RƏYLƏR