İki tələbə qız alış-verişdə olarkən dükanın yanında nadir, unikal pişiklə qarşılaşıblar.
Bu pişiyin üç quyruğu vardı.
İcmal.Az AsiaOne-a istinadən bildirir ki, unikal pişik Çinin paytaxtı Pekində yaşayır. Pekinli tələbə qızlardan biri üç quyruqlu pişiyin videosunu çəkərək sosial şəbəkələrdə paylaşıb.
Video Pekinin "Mayland Garjen" səmtində çəkilib.
İcmal.Az