Budaq Nəsirov adını futbol tarixinə qeyri-adi hərəkəti ilə yazdırdı – VİDEO

OXUNUB: 1037 İDMAN

Millimizin üzvü, Portuqaliyanın "Sportinq” klubunun əvəzedici komandasında çıxış edən Budaq Nəsirov qeyri-adi hərəkəti ilə gündəmə gəlib.

İcmal.Az Komanda.az-a istinadən xəbər verir ki, Nəsirov rəqib komandaya penalti qazandırıb.

Məsələ burasındadır ki, Nəsirov bunu meydandan kənarda olduğu vaxt edib. Belə ki, 41-ci tur çərçivəsində "Akademika” ilə evdə keçirilən oyunda isinmə hərəkətləri edən Budaq, kənardan rəqibin hücumu zamanı topa müdaxilə edib.

Nəticədə, oyunun baş hakimi "Sportinq”in qapısına penalti təyin edib, Nəsirov isə sarı vərəqəylə cəzalandırılıb.

Oyun qonaqların 2:1 hesablı qələbəsiylə nəticələnib.

Budaq matçın 75-ci dəqiqəsində meydana daxil olub.

41 turdan sonra hesabında 54 xal olan "Sportinq B” 22 komanda arasında 14-cü yerdə qərarlaşıb.

Həmin görüntüləri təqdim edirik: 

İcmal.Az

RƏYLƏR