Prezident İlham Əliyev Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
İcmal.Az xəbər verir ki, sərəncamda deyilir:
"Cavid Qəmbər oğlu Qurbanov "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin".
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İcmal.Az