Cəlilabad RTŞ müdiri üçün məktəblərdən pulu kim yığır? – İDDİA

OXUNUB: 433 Özəl HADİSƏ
Son hadisələri nəzərə alsaq, cəmiyyətimizin bütün diqqəti cəbhə bölgəsində olduğunu vurğulayardıq. Lakin daxildə bəzi məmurlar hələ də öz çirkin niyyətlərini tamamlamaq üçün iş başındadırlar. Bu barədə dosye.org-a məlumat verən mənbə vurğulayır ki, hazırki vəziyyətlə əlqədar məmurların bir qismi lazımı qaydada istifadə etməyi bacardl. Hətta ölkədən xaricdə olan "söyüş müxalifəti” belə dayandığı bir dönəmdə Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri öz məkirli planlarını davam etdirməkdə idi. Bu dəfə RTŞ -də GHH-nin metodisti və kitabxanalara baxan Ərəstun Vəliyev vasitəsi ilə pul toplayan Qərənfil Əhmədova amansız düşmənlərlə üz-üzə olduğumuza belə məhəl qoymadı.Mənbəmizin verdiyi məlumata görə Ərəstun Vəliyev Cəlilabad şəhər 2 nömrəli məktəbin kitabxanaçısı vasitəsi ilə bütün məktəblərdən pul toplamağa başlayıb. Mənbə bidirir ki, Qərənfil Əhmədovanın cinayətlərini təsdiqləyən faktların Təhsil Nazirliyinə göndərilməsinə baxmayaraq Emin Əmrullayev onun barəsində heç bir tədbir görmür və ya görmək istəmir. ​ Qərənfil Əhmədovanın Təhsil Nazirliyində başqa insanlar tərəfindən himayə olunduğu bildirilsədə indi tam əminliklə Emin Əmrullayev tərəfindən himayə olunduğu bildirilir. Yoxsa aşkar dəlillərlə edilən müraciətlərə niyə göz yumulsun? Pul yığmağı yaxşı bacardığına üçün Qərənfil Əhmədova deyilənə görə Ərəstun Vəliyevə daha bir görəv verib. Onun barəsində isə ayrıca məqaləmiz olacaq.

RƏYLƏR