Cəlilabad rayonundakı İran bazarında yanğın baş verib.
İcmal.Az ARB TV-yə istinadən xəbər verir ki, ilkin ehtimala görə, hadisə cehiz əşyaları satılan hissədə qeydə alınıb.
15-ə yaxın ticarət obyekti içindəki əşyalarla birlikdə yanaraq kül olub. Nəticədə 1 nəfər xəsarət alıb, 1 nəfər isə tüstüdən zəhərlənib. Onlar Cəlilabad Rayon Xəstəxanasına çatdırılıblar. Alov Fövqaladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb.
Yanğının səbəbi araşdırılır.
İcmal.Az
Videonu izləmək üçün şəklə klikləyin: