Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Bosniya və Herseqovinada konfrans

OXUNUB: 63 QHT
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) icra etdiyi "Avropada Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda tədbirlərin keçirilməsi” adlı layihəsi çərçivəsində Bosniya və Herseqovinada konfrans keçirib.

İcmal.Az xəbər verir ki, iyunun 21-də Bosniya və Herseqavinanın Nümayəndələr Palatasının konfrans zalında baş tutan konfransda bu ölkənin millət vəkilləri, hökumət rəsmilərin, alim və ekspertləri, QHT və media təmsilçiləri iştirak ediblər.

 Konfransı giriş sözü ilə açan bosniyalı moderator dr. Rizvan Haliloviç mövzu ilə bağlı qısa məlumat verdi və sonra sözü yerli QHT rəhbəri Jasmin İmamoviçə verdi. ADTGT ilə beş ildir davam edən əməkdaşlığını yüksək qiymətləndirən Jasmin İmamoviç Dağlıq Qarabağ mövzusunda istər Bakıda, istərsə də Sarayevoda həyata keçirilən layihələrin əhəmiyyətini vurğuladı. Daha sonra geniş təqdimatla ADTGT sədri Asif Əsgərli Dağlıq Qarabağ probleminin tarixi kökləri, gerçək səbəbləri, real vəziyyət və Azərbaycanın ədalətli mövqeyi barədə məruzə ilə çıxış etdi. Çıxışda münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini vurğulayan QHT sədri Ermənistan tərəfini beynəlxalq qanunlara əməl etməməkdə günahlandıraraq 20 faiz torpaqlarımızı hələ də işğal altında saxladıqlarını bildirdi. 

Sonra məruzə ətrafında Zenitsa universitetinin hüquq professoru Dzcavad Dino, Bosniya və Herseqavinanın Rusiyadakı keçmiş səfiri prof. Ənvər Haliloviç, Sarayevo universitetinin doktoru Enis Öməroviç və digər rəsmi qonaqlar və ekspertlər çıxış edərək Azərbaycanın ərazi bütövlünə, ədalətli mövqeyinə öz dəstəklərini ifadə edərək dünya birliyini Ermənistana qarşı ciddi tədbirlər görmək istiqamətində çağırışlar etdilər.

Konfrans müzakirələrlə yekunlaşdı və iştirakçılara ADTGT tərəfindən Dağlıq Qarabağ münaqişəsi və həqiqətlərinə dair çap və audio-vizual materiallar təqdim olundu.

Sonda konfransın adından erməni nasist cinayətkarı Qaragen Njdeyə Bolqarıstanda abidə ucaldılmasına etiraz bəyanatı qəbul edildi və bu KİV-lərə yayımlandı.
undefined
 undefined

İcmal.Az

RƏYLƏR