Deputat əlilliyin müəyyənləşdirilməsindən danışdı

OXUNUB: 623 SİYASƏT

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin mayın 22-də keçirilən üçüncü oxunuşda olan "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi müzakirə olunub.

İcmal.Az-ın xəbərinə görə, adıçəkilən komitənin sədri Hadi Rəcəbli bildirib ki, qanun layihəsi çox əhəmiyyətlidir və ötən müddətdə də onunla bağlı ciddi müzakirələr keçirilib, bir sıra irad və təkliflər səsləndirilib.

Bununla yanaşı, komitə sədri ikinci oxunuşda qanun layihəsinə ciddi iradlar olmadığını da sözlərinə əlavə edib:

"İkinci oxunuşun müzakirələri sakit tərzdə keçdi, yəni, sənəd xeyli təkmilləşdirildiyi üçün ona iradlar tutulmadı”.

Komitə sədri qanun layihəsinin təkmilləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də mühüm rolunun olduğunu söyləyib:

"Artıq nazirliyin rəhbərliyi dəyişdirilib, yeni rəhbərlik gəlib. Biz bundan sonrakı dövrdə adıçəkilən nazirliklə fəaliyyətimizi düzgün qurmağa, əlaqəli şəkildə əməkdaşlığa 
çalışacağıq”.

H.Rəcəbli ölkədə hələ də əlilliyin müəyyənləşdirilməsi ilə bağlı həllini gözləyən məsələlər olduğunu söyləyib:

"Bu yöndə fikirlər, iradlar səslənir, müzakirələr gedir. Bu baxımdan, hesab edirəm ki, bu qanunun qəbulundan və icraya yönəldilməsindən sonra bu istiqamətdəki məsələlər öz həllini tapacaq”.

İcmal.Az

RƏYLƏR