Deputat Kürdüstanın "müstəqilliyini" dəstəkləyən məmura qəzəbləndi

OXUNUB: 656 SOSİAL

Milli Məclisdə Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyevin cəzalandırılması məsələsi qaldırılıb.

İcmal.Az Report-a istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Vahid Əhmədov F.Tanrıverdiyevin cəzalandırılmasını təklif edib. 

"Zakir Qaralovdan xahiş edirəm ki, bu məsələyə diqqətlə yanaşılsın. Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə xələl gətirən mövqe sərgiləyən şəxslərlə bağlı tədbir görülsün. Necə ola bilər ki, sən üzərində Azərbaycan pasportu gəzdirirsən, amma Kürdüstan dövlətinin yaradılmasını təbliğ edirsən. Özü də bu məmurdur”.

İcmal.Az

RƏYLƏR