Deputat Ramil Həsən 18-oktyabr Müstəqilliyimizin bərpası gününü gənclərlə keçirdi

OXUNUB: 123 SOSİAL
Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Ramil Həsən 18 oktyabr - "Müstəqilliyimizin bərpası günü"-nü Ucar rayonunda gənclərlə bir arada qeyd etmişdir.
Millət vəkili ilk öncə Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədri vəzifəsini icra edən Şəhla Abdullayeva və Ucar Gənclər Evinin direktoru Elamin Dibirovla birlikdə Ümümmilli Lider Heydər Əliyevin Ucar şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoymuşdur. Ucar Gənclər Evi tərəfindən təşkil edilmiş "Müstəqilliyimizin bərpası-30: Zəfər Bayramı ərəfəsində Gənclərin gözü ilə" mövzusunda konfransda açılış nitqi söyləyən direktor Elamin Dibirov bu günün tarixindən danışaraq konfrans iştirakçılarını təbrik etdi, daha sonra millət vəkilinə mütamadi olaraq gənclərlə və rayon ictimaiyyəti ilə görüşlərə gəldiyinə görə təşəkkürünü bildirərək sözü deputat Ramil Həsənə verdi.
Millət vəkili çıxışında Müstəqilliyin Bərpası gününün Azərbaycan tarixində yeri və siyasi gücündən danışdı. Daha sonra Vətən savaşımızda canlarını fəda etmiş şəhidlərimizi yad etdi və şübhəsiz ki, Müstəqilliyimizin Bərpası dövründə Ulu öndər Heydər Əliyev tərəfindən başladılmış siyasətin Ali Baş Komandan Cənab Prezident  İlham Əliyev tərəfindən
30 il ərzində həyata keçirilmiş uğurlu,  daha mükəmməl şəkildə davam etdirdiyindən danışdı. Ölkə rəhbərimiz tərəfindən məhz 30 illiyimizə ən mükəmməl hədiyyənin bilavasitə torpaqlarımızın düşmən tapdağından azad edilməsi, o cümlədən düşmənin Azərbaycanın tarixi və Beynəlxalq  Hüquq norma və prinsipləri çərçivəsində tanınan torpaqlarından rədd edilməsi, eyni zamanda torpaqlarımızda artıq yenidənqurma, dirçəlmə çalışmalarının uğurlu şəkildə,  bilavasitə Cənab Prezidentin başçılığı altında davam etdirildiyini vurğuladı. Gənclərimizin bu tarixi proseslərdə çox önəmli rol oynadığını, Azərbaycan torpaqlarının düşməndən azad edilməsi yolunda 3000-ə yaxın vətən oğlunun şəhid olduğunu, minlərlə qazimizin, vətən müharibəsi iştirakçımızın olduğunu diqqətə çatdıran natiq şübhəsiz ki, bu prosesdə dövlət başçısının başlatmış olduğu milli gənclik İdeologiyasının və vətənə - millətə bağlılıq psixologiyasının önəmli rol oynadığını da gənclərin diqqətinə çatdırdı. Eyni zamanda Milli Məclisin deputatı Ramil Həsən qeyd etdi ki, Cənab Prezident İlham Əliyevin başçılığı altında düşmən tapdağından azad etmiş3 olduğumuz vətənimizin dəyərli, əvəzsiz parçaları olan torpaqlarda gənclərimizin gücü, qüvvəsi və imkanları ilə yenidən tikərək, inşa edərək, ən yaxın zamanda dövlət başçısının qoymuş olduğu hədəfə doğru addımlar ataraq ölkəmizin daha da güclənməsinə öz töhfəsini verəcəkdir.
Sonda deputat Ramil Həsən konfransın təşkilində zəhmət çəkmiş Ucar Gənclər Evinin direktoruna və kollektivinə xüsusi təşəkkürlərini bildirmişdir. 
Onu da qeyd edək ki, görüşdə rayonda yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğində aktiv iştirak edən, dünya çempionu Məmmədli Kamal Namiq oğlu və rayonun ictimai həyatında fəal iştirak edən Əliyev Ceyhun Ağasəməd oğlu millət vəkilinin imzasıyla təşəkkürnamə ilə təltif edilmişdir.
 
7News.Az
 
 










 

RƏYLƏR