Deputat: “Sanki büdcə yalnız Şahin Mustafayev, Mikayıl Cabbarov və Samir Şərifova aiddir”

OXUNUB: 78 Özəl İQTİSADİYYAT
"Dövlət büdcəsinin qəbulu ilə bağlı Milli Məclisdə keçirilən müzakirələrdə hökumətin bütün üzvləri faktiki iştirak edir. Amma büdcənin icrası ilə bağlı iclasda belə deyil”.

7News.Az Modern.az-a istinadən xəbər verir ki, bunu parlamentin plenar iclasında "2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputatın sözlərinə görə, müəyyən xərclər var ki, bunlar araşdırılmalıdır.  
 
"Sanki büdcə yalnız Şahin Mustafayev (iqtisadiyyat naziri), Mikayıl Cabbarov (vergilər naziri) və Samir Şərifova (maliyyə naziri) aiddir. Hesab edirəm ki, büdcənin icrası geniş müzakirə obyekti olmalıdır. Çünki müəyyən xərclər olur və bunları millət vəkilləri bilməlidir, araşdırmalıdır”. 

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, hökumət üvlərinin hamısının plenar iclasda iştirak etməməsinin səbəbi Polşa prezidentinin Azərbaycana səfəri ilə bağlıdır.

"Hökümət üzvlərinin bəziləri dövlət rəhbərlərinin görüşlərində iştirak edir”.
 
 
İcmal.Az

RƏYLƏR