Diaspor Komitəsi yeni layihənin icrasına başlayıb

OXUNUB: 1178 GÜNDƏM SOSİAL

Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərlə bağlı videobaza yaratmağa başlayıb.

 Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Diaspor TV-nin yeni layihəsi "Mən də varam” adlanır.

Müxtəlif ölkələrdə yaşayan soydaşlarımız kiçik həcmli videolar çəkərək özlərini tanıdır, ölkəmizlə hər zaman əlaqə qurmaq və Azərbaycanı tanıtmaq arzusunda olduqlarını bildirirlər.

Yeni layihə Diaspor TV ilə yanaşı, İctimai TV ilə qurumun birgə layihəsi olan "Vətən uzaqda deyil” verilişində də yayımlanacaq./Report

İcmal.Az



RƏYLƏR