Dünya çempionumuzun rəqibi müəyyənləşdi

OXUNUB: 924 İDMAN

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin daha bir boksçusunun rəqibi dəqiqləşib.

İcmal.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparacaq Cavid Çələbiyev 1/4 finalda Hakan Doğanla (Türkiyə) üz-üzə gələcək.

Dünya çempionumuzun rəqibi bu gün keçirilən 1/8 final döyüşündə müəyyənləşib. Yoel Volliamsonu (Qayana) mübarizədən kənarlaşdıran türkiyəli ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib.
 
Çələbiyevin türkiyəli boksçu ilə görüşü mayın 14-də olacaq.

İcmal.Az

RƏYLƏR