Dünyanın ən zəngin insanlarının sərvətləri açıqlandı

OXUNUB: 775 İQTİSADİYYAT

Bloomberg milyarderlər indeksinə görə, dünyanın ən zəngin 500 adamının sərvətinin həcmi 5,3 trilyon dollara çatıb.

İcmal.Az xəbər verir ki,  2016-cı ilin dekabr ayının 27-də milyarderlərin ümumi sərvətlərinin həcmi 4,4 trilyon dollar təşkil edirdisə,  2017-ci ilin müvafiq dövründə bu rəqəm 23 faiz artaraq 5,3 trilyon dollara çatıb. 

"Amazon”un yaradıcısı Ceff Bezos sərvətini ən çox artıran milyarder olub. Bezos sərvətini 34,2 milyar dollar artıraraq 99,6 milyard dollara çatdırıb. Bununla da o, 2013-cü ildən indiyədək dünyanın ən zəngin sakini olan "Microsoft”un yaradıcısı Bill Qeytsin taxtını əlindən alıb. 

Onu da bildirək ki, siyahıya 49 ölkənin milyarderlərinin adı daxil edilib. Onlardan 38-i çinli milyarderlərdir. Çinlilər sərvətlərini 65 faiz artırıblar. ABŞ üzrə bu rəqəm 18 faiz təşkil edib. Çinli iş adamı Hui Ka Yan sərvətini 25,9 milyard dollar - 350 faiz artırmaqla, Bezosdan sonra ən çox qazanan olub. 

Siyahıda yer alan 57 nəfər texnologiya milyarderi sərvətlərini 35 faiz - 262 milyard dollar artırıblar. 

"Facebook”un yaradıcısı Mark Zukerberq isə sərvətini 45 faiz yüksəldib.

İcmal.Az

RƏYLƏR