20 fevral 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun elan etdiyi 10 –cu qrant müsabiqənin nəticələrinə əsasən qalib olmuş "Əbədi Çempionlar” layihəsi Şəmkir rayon Gənclər və İdman İdarəsi, "Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi və "Sahibsiz Uşaqlara Kömək” İctimai Birliyinin birgə təşkilatçılığı Şəmkir şəhərində fəaliyyət göstərən "Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində həyata keçirilmişdir. Layihənin əsas məqsədi Aprel döyüşlərində Şəhid olan soydaşlarımızın cəmiyyətdə tanıdılması, məktəblilərin, gənclərin onların xatirəsini hər zaman uca tutmasına nail olmaq, cəmiyyətimizin əsl qəhrəmanlarının yeniyetmələr tərəfindən sevilməsi və onlar kimi gələcəkdə vətənə canı ilə bağlı olan bir şəxsiyyət kimi yetişmələrinə töhfə verməkdən ibarətdir. Ümumilkdə 100-ə yaxın şahmatçı arasında seçilən 25 yeniyetmənin iştirakı ilə 7 turdan ibarət olan çempionat gərgin mübarizə ilə yadda qalmışdır. Nəticələrə əsasən Şəmkir şahmat məktəbinin yetirməsi Abbasov Aydın I yerin qalibi olmuşdur. Sonda qalib və iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Naxçıvan Dövlət Universitetinin tələbələri üçün QHT fəaliyyətinin əsaslarına dair mühazirə oxunub
01.05.2024, 17:41 / Özəl, QHT, SOSİAL -
QHT layihənin icrasını tamamladı
24.04.2024, 13:32 / Özəl, QHT -
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
23.04.2024, 17:37 / Özəl, QHT, SOSİAL -
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
18.03.2024, 13:13 / GÜNDƏM, Özəl, QHT, SOSİAL -
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
18.03.2024, 10:46 / GÜNDƏM, Özəl, QHT -
Təlimçi Məlumat Bankına daxil olacaq yeni təlimçilər müəyyən olunub
04.03.2024, 11:27 / Özəl, QHT, SOSİAL -
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
Özəl, İQTİSADİYYAT Gilas və badam bağları, kələm əkinləri üzrə fermerlərə aqrar sığorta ödənişi edilib
-
GÜNDƏM, SİYASƏT Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
Özəl, HADİSƏ “Stimul hospital”ın (İstanbul NS) cinayəti sübut olundu: BAHAR QASIMOVA 30 DƏQİQƏYƏ QƏTLƏ YETİRİLİB