Ədliyyə Nazirliyindən inanılmaz açıqlama - 29 min nəfər insan ölüb

OXUNUB: 678 SOSİAL

Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 68 885 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,3 təşkil edib.

 Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır.
Doğulanlardan 1208-i əkiz, 27-si üçəmdir.
Bu ilin birinci yarısında ölkədə 29 477 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 təşkil edib.
İlin ilk 6 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 27 153 nikah və 7287 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,5 olub./lent.az

 

İcmal.Az

RƏYLƏR