Əflatun Amaşovdan Əhəd Abıyevə irad: Bu, qabiliyyətdir

OXUNUB: 832 SİYASƏT

Tanınmış jurnalist, köşə yazarı Seymur Verdizadə bir neçə gün əvvəl  "Əsa ila gəzən icra başcısı, işsiz gənclər” başlıqlı yazısına görə təhqir olunub.  Məlumat üçün bildirək ki, həmin yazıda yaşlı nəslin gənclərə mane olması, onlara yol açmaması tənqid olunub.

İcmal.Az xəbər verir ki, məsələ ilə bağlı Qafqazinfo-ya açıqlama verən S.Verdizadə yazı dərc olunandan sonra icra başçısının yaxınları və müavinləri tərəfindən təhqir edildiyini, ailə üzvlərinin təhdid olunduğunu bildirib: "Noyabrın 26-da ”Əsa ilə gəzən icra başcısı, işsiz gənclər” adlı yazı yazmışam və dünən səhər saatlarından başlayaraq Daşkəsən rayon icra başçısı Əhəd Abıyev yaxınları vasitəsilə təzyiq etməyə başlayıb və sözügedən yazıya etirazını bildirərək mənə hədə-qorxu gəlir.

Bu gün səhər isə Ə. Abıyevin müavini Namiq Süleymanov zəng etdi, ünvanıma çox ağır söyüşlər səsləndirməyə başladı. Əlbəttə, onun səviyəsinə enmədim, nəzərinə çatdırdım ki, məsələni ictimailəşdirəcəm”.

Məsələyə artıq Mətbuat Şurasının sədri Əflatun Amaşov da münasibət bildirib.

Qurum sədri, urnalistin yazdığı yazıya görə təhqirə, hədə-qorxuya məruz qalmasını yolverilməz adlandırıb.

"Belə xoşagəlməz hərəkət dövlət məmuru və ona yaxın çevrə tərəfindən həyata keçirilibsə, ancaq təəssüf doğura bilər. Bunu təsadüfən bildirmədim. Baxıram jurnalist Seymur Verdizadənin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı cənab Əhəd Abıyev və ona yaxın çevrə tərəfindən təhqirlərə, hədə-qorxulara məruz qaldığına dair məlumatlar yayımlanmaqdadır və qarşı tərəfin əks arqument ortaya qoymaması məsələni həqiqət kimi qəbul etməyə əsas verir”.

Əflatun Amaşov  bildiririb ki, jurnalistin yazdığı yazıya görə təhqir olunması, hədələnməsi həm davranış qaydalarına, həm də qanunlara ziddir.

"Jurnalistin fikrini qəbul etməmək, ona sivil qaydada etiraz bildirmək olar. Çox istərdim ki, buna xüsusən dövlət qurumlarının təmsilçiləri həssas yanaşsınlar. Bu həssaslıq yalnız etik məsələ deyil, eyni zamanda, idarəçilik bacarığı və qabiliyyətidir”

İcmal.Az

RƏYLƏR