“Əgər bu xanım bircə dəfə “Unutmağa kimsə yox” romanını oxusaydı...” – SƏBUHİ ABBASOV KAMAL ABDULLAYA QARŞI BAŞLANILAN KAMPANİYADAN YAZDI

OXUNUB: 765 GÜNDƏM HADİSƏ

Son günlər Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullaya qarşı mediada və sosial şəbəkələrdə sifarişlə idarə olunduğu nəzərə çarpan kampaniya başlayıb.

Bu gün universitetdə təşkil olunmuş mediatur zamanı jurnalistlərin suallarını cavablandıran rektor bu məsələyə də münasibət bidlirib və hələlik baş verənlərə təmkinli davranış sərgiləndiyini, amma lazım gələrsə, qanunamüvafiq addımların atılması üçün məsələ qaldırıla biləcəyini də bildirib.

Məsələyə münasibət bildirən 7NEWS.az saytının rəhbəri, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov Kamal Abdullaya qarşı başlanılan kampaniyanın bir mərkəzdən idarə olunduğunu dedi: "Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakultəsinin dekanı, Vüsalə Ağabəylinin müraciətini sona qədər oxudum, həm də bir neçə dəfə oxudum. Çalışdım bu müraciətdə səmimiyyət, ədalət, həqiqət izini tapım, alınmadı. Kamal Abdulla kimi ziyalını boş-boş şeylərlə görə yormaq olmaz. 7 il bu insanla çiyin-çiyinə çalışmaq şərəfinə nail olmuşam. Bu gün Azərbaycanda müxtəlif sahələrdə çalışan yüzlərlə insan tanıyıram ki, Kamal Abdulla məktəbində yetişiblər, formalaşıblar, şəxsiyyət olaraq dövlətə, dövlətçiliyə xidmət edirlər. Bir insan, bir addım atmamışdan öncə vicdan tərəzisini işə salmalı, üzərinə gedəcəyi adamın həyat və fəaliyyətinin çəkisini dəqiq müəyyən etməlidir. Əgər bu gənc xanım heç olmasa bircə dəfə "Sehrbazlar dərəsini” və yaxud "Unutmağa kimsə yox” romanını oxusaydı əminəm ki, kimlərinsə "tırkasına” getməzdi. Gedəcəyi yeganə yer Kamal Abdullanın yanı olacaqdı. Kamal Abdulla müdrik adamdır, əminəm ki, bu gənc xanımı da bağışlayacaq. Ancaq bu xanım elədiyi səhvin fərqinə varanda özü-özünü bağışlaya biləcək, ya yox, bax bu başqa məsələdir. Digər bir məsələ isə xanımın millət vəkili Məlahət İbrahimqızının və Sərraf Balaxanın adının da bu və ya digər formada bu məsələyə aid etməsi ilə bağlıdır. Bu da qeyri-peşəkar addımdır. Hər kəs bilir ki, Məlahət İbrahimqızı YAP rayon sədrləri arasında öz səliqəsi, səhmanı, siyasi sadiqliyi ilə seçilən insandır. Axı "mən filan sahədə YAP sədri olmuşam” yalanını deməklə nəyə nail olmaq olar, hara kimi getmək olar? Elə çox keçmədi ki, Məlahət xanım açıqlama verdi və belə bir xanımın elə o dediyi mövqedə sədr olmadığını diqqətə çatdırdı. O ki qaldı Sərraf Balaxana, hər kəs bilir ki, bu gənc uğurlarını öz savadı, qabiliyyəti və damla-damla yığdığı hörmətin, sadiqliyin hesabına əldə edibdir. Sərraf Kamal Abdullanın dəstək olduğu bəlkə də 1000 gəncdən biridir. Əslində Ulu Öndər prinsiplərinə sadiqlik, Prezident İlham Əliyev siyasətinə xidmət elə bundan başlayır. Bu mənada medianı ziyalılarımız ətrafında qurulan çirkli oyunlarda həssas olmağa dəvət edirəm. Biz ziyalılarımızla dünyaya ayaq açırıq, bunu heç bir halda unutmamalıyıq”

7NEWS.az

 

 

RƏYLƏR