Ekspert: Paytaxtın iki böyük prospektini birləşdirən layihə maliyyə tutumludur

OXUNUB: 914 İQTİSADİYYAT

Yol-nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov Ziya Bünyadov və Heydər Əliyev prospektlərini birləşdirən tunelin inşa edilməsini şərh edib.

Paytaxtın iki böyük prospektini birləşdirən yeni layihə maliyyə tutumludur.

Onun sözlərinə görə, layihəni tam olaraq həyata keçirə bilsələr, Koroğlu qovşağında vəziyyət xeyli yüngülləşər:

"Layihənin əlavə müsbət cəhəti odur ki, Ziya Bünyadov prospektindən aeroport istiqamətində hərəkətin fasiləsizliyi təmin ediləcək. Şəhərin çıxışında sərbəstlik yaranacaq.

Layihənin həyata keçirildiyi ərazidə, yəni Atletlər kəndində yollar var. Lakin o küçələrdə intensiv hərəkət yoxdur. Həm də stadionun ətrafında olan yol boşdur. Layihə baş tutanda o yollarda intensivlik artacaq”. 

Qeyd edək ki, "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin sifarişi ilə Bakı Olimpiya Stadionunun qarşısında yeni avtomobil tuneli inşa olunur. "Koroğlu” stansiyasının qarşısına nəqliyyat vasitələri düşmədən Ziya Bünyadov prospektindən birbaşa hava limanı istiqamətinə keçid üçün yeni avtomobil tuneli inşa olunur. Həmin avtomobil tunelinə keçid Ziya Bünyadov prospektindən sağa - Olimpiya kəndi istiqamətinə - dairədən dövrə vuraraq Ziya Bünyadov prospektinin altından keçərək, Bakı Olimpiya Stadionu arxasından hava limanı istiqamətinə hərəkət etməklə mümkün olacaq.

Tunelin ümumi uzunluğu 655 metrdir. Gələn il ərzində işlərin yekunlaşdırılması nəzərdə tutulub./oxu

İcmal.Az

RƏYLƏR