Əli Həsənov: Seçkilər tam şəffaf şəkildə baş tutacaq

OXUNUB: 620 SİYASƏT

Aprelin 11-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri tam demokratik, ədalətli və şəffaf şəraitdə baş tutacaq.

İcmal.Az xəbər verir ki, bunu vitse-premyer, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Həsənov deyib.

O qeyd edib ki, ölkədə prezident seçkilərinin ədalətli və demokratik keçirilməsi üçün Azərbaycan dövləti və hakimiyyəti tərəfindən hər cür imkan, şərait yaradılıb və yaradılacaq.

"Kimsə Azərbaycanda keçiriləcək prezident seçkilərinə irad tuta bilməz.Çünki indiyə qədər ölkədə seçkilər necə şəffaf və demokratik şəkildə keçirilibsə, 11 aprel seçkiləri də məhz o cür - azad, ədalətli, demokratik şəraitdə baş tutacaq.

Kim hansı namizədi istəyirsə, ona da sərbəst şəkildə səs verəcək. Heç kimin seçim hüququna müdaxilə edilməyib və edilməyəcək. Hər kəs öz ürəyinə səsinə qulaq asaraq, ən layiqli namizədə səs verəcək”, - deyə YAP rəsmisi əlavə edib.

İcmal.Az

RƏYLƏR