Elmar Məmmədyarov: “Azərbaycan bütün etnik və dini azlıqların hüquqlarının qorunması istiqamətində siyasətini davam etdirir”

OXUNUB: 936 SİYASƏT
Bakıda işə başlayan IV Ümumdünya Mәdәniyyәtlәrarası Dialoq Forumu çәrçivәsindә bu gün "Dialoqun tәşviqi vә körpülәrin qurulması: Zorakı ekstremizmin qarşısını almaq üçün vasitәlәr” mövzusunda birinci plenar sessiya keçirilib.

Sessiyanın moderatoru, BMT Sivilizasiyalar Alyansının ali nümayәndәsinin kabinet rәhbәri vә sözçüsü Nihal Saad müasir dövrdә çox aktual vә hәyati vacib mövzuya hәsr olunan Forumun yüksək səviyyədə tәşkilinə görә Azәrbaycan dövlәtinә tәşәkkür edib.

İclasda çıxış edən xarici işlәr naziri Elmar Mәmmәdyarov isə deyib ki, Azәrbaycan terrorizmi pislәyir və multikultural dialoqa ciddi əhəmiyyət verir. 
Nazir mәdәniyyәtlәr arasında әlaqәlәri güclәndirmәk, multikultural dәyәrlәrә üstünlük vermәklә әmәkdaşlığa nail olmağın mümkünlüyünü bildirib:

"Ölkәmiz terrorizmdәn әziyyәt çәkib. Әmәkdaşlıq olmadan ekstremizmlә mübarizәdә uğura nail olmaq mümkün deyil. Bu gün dünyada islamofobiya hallarına rast gәlinir, terrorizm mәdәniyyәt abidәlәrini hәdәfә alır. Ekstremizmlә mübarizәdә tәhsilin rolu böyükdür. Zorakı ekstremizmi birgә sәylәrlә aradan qaldırmalıyıq. Antiekstremizm cәbhәsi formlaşdırmaq zәruridir. Gәnclәrin terror qruplaşmalarına cәlb edilmәsinin qarşısı alınmalıdır. Bu forum yeni düşüncәlәr üçün yaxşı әsas yaradacaq. Әminәm ki, dialoq böyük irәlilәyişlәrә nail olmağa kömәk edәcәk”.

E.Məmmədyarov Azərbaycanda bütün səviyyələrdə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə xüsusi önəm verildiyini söyləyib:

"Ölkəmizdə multikulturalizm və dözümlülük cəmiyyətimizi gücləndirən və birləşdirən uzunmüddətli ənənədir. Biz hesab edirik ki, mədəni rəngarənglik və multikulturalizm dialoqun təşviqi, etnik və dini plüralizmin həvəsləndirilməsi və beləliklə, zorakı ekstremizmin potensial artımının səmərəli şəkildə qarşısının alınmasına töhfə vermək üçün geniş imkanlar verən güc və sərvətdir. Təsadüfü deyil ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2016-cı il ölkəmizdə "Multikulturalizm İli” elan edilib”. 

E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan hökuməti bütün etnik və dini azlıqların hüquqlarının qorunması istiqamətində ardıcıl siyasətini davam etdirir: 
"Azərbaycanda mindən artıq məscid, 11 kilsə, 6 sinaqoq və digər dini məbədlər heç bir maneə olmadan fəaliyyət göstərir”.

BMT baş katibinin müavini, İctimai İnformasiya Departmentinin rәhbәri Mahir Nasir qeyd edib ki, terrorçu vә ekstremist qruplaşmlar fәliyyәtlәrini artıq internetdә aparır, müxtәlif proqram tәminatlarından istifadә edirlәr. Onun sözlәrinә görә, sosial media ekstremist qrupların әlindә bir alәtә çevrilib: 

"Onlar sosial şәbәkәlәrdә yaratdıqları qruplarda insanları zorakılığa çağırırlar, onların şüuruna tәsir edirlәr. Eyni zamanda, medianın müxtәlif xalqların mәdәniyyәtlәri haqqında qeyri-düzgün informasiya yayması da insanların qәzәblәnmәsi vә bu vәziyyәtdәn ekstremistlәrin yararlanmasına gәtirib çıxarır. Әsas işimiz gәnclәri qorumaq vә onlara düzgün istiqamәt vermәkdir”. 

BMT baş katibinin hüququn aliliyi vә tәhlükәsizlik institutları üzrә müavini Aleksandr Zuev bildirib ki, tolerantlıq vә mәdәniyyәtlәrarası dialoq hazırkı dövrdә daha yeni formalarda tәbliğ edilmәlidir:

"Çünki ekstremizm getdikcә yeni üsullara әl ataraq sıralarını genişlәndirir. Bu məsələdə BMT, UNESCO vә digәr beynәlxalq tәşkilatların üzәrinә böyük mәsuliyyәt düşür”.

Bolqarıstanın vitse-prezidenti İliana Lotova deyib ki, sülhә nail olmağın yeganә yolunun dialoqdur:

"Tolerantlıq mühtini qorumaq, zorakı ekstremizmә şәrait yaradılmasının qarşısını almaq lazımdır. Bunun üçün ilk növbədə gәnclәrin tәhsil alması mәsәlәsinә diqqәt ayrılması vacibdir”. 

İ.Lotova tәshsilә sәrmayә ayırmaqla gәnc nәslin dünyagörüşünü genişlәndirmәyin, müxtәlif ölkәlәrin gәnclәri arasında tәhsil vә tәcrübә mübadilәsini artırmağın zәruri olduğunu bildirib: 

"Әgәr biz mәdәni müxtәlifliyi qorumasaq, vaxtında çağırışlara birgә cavab verrmәsәk, cәmiyyәtlәrimiz böyük risklәr qarşısında kömәksiz qala bilәr”.
NATO baş katibinin müavini Tacan İldem ekstremizmlә mübarizәdә real addımlar atılmalı olduğunu söyləyib:

"Azәrbaycanın bu istiqamәtdә addımları alqışlalayiqdir. Biz Azərbaycanın bu addımlarını dәstәklәyirik. NATO daim ölkәlәr arasında tәrәfdaşlığı dəstəkləyib. Tәşkilat ölkәlәrә bu istiqamәtdә hәr cür kömәk göstәrmәyә çalışır”. 

"Orta Şәrq vә Şimali Afrikada” ("Search for Common Ground”) tәşkilatının regional direktoru Abu Fassi Fihrin isə söyləyib ki, ölkәlәr vә vәtәndaş cәmiyyәtlәri bir araya gәlәrәk gәnclәrin gәlәcәyini qurmağa çalışmalıdır: 

"Dialoq sayәsindә insanları bir araya gәtirmәk, xalqların mәdәniyyәtlәrini dünyaya tanıtmaq lazımdır”.

Plenar sessiya müzakirәlәrlә davam etdirilib./olke.az
 
İcmal.Az

RƏYLƏR