Elmar Məmmədyarov BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Yaxın Şərq Agentliyinin rəhbəri ilə görüşüb

OXUNUB: 951 SİYASƏT

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci iclası çərçivəsində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Yaxın Şərq Agentliyinin rəhbəri Pyer Krahenbul ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, P.Krahenbul fələstinli qaçqınlara yardım göstərilməsi ilə bağlı təmsil etdiyi qurumun son dövrləri əhatə edən fəaliyyət istiqamətləri və gələcək planları barəsində məlumat verib.

Görüşdə Azərbaycanın fələstinli qaçqınların həyat şəraitin yaxşılaşdırılmasına və Agentlyin ənənəvi təhsil, səhiyyə və digər proqramlarının gücləndirilməsinə göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirilib.

Görüşdə həmçinin, Agentlik və Azərbaycan arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

İcmal.Az

RƏYLƏR