Elmar Məmmədyarov Parisdə həmsədrlərlə görüşdə

OXUNUB: 641 SİYASƏT

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü başlayıb.

İcmal.Az-ın məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev özünün "Twitter” səhifəsində qeyd edib.

Bildirilir ki, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Ermənistandakı vəziyyət müzakirə olunur.

Görüşdə E.Məmmədyarov Azərbaycanın münaqişənin tezliklə həlli üçün mahiyyətli və predmetli danışıqlara hazır olduğunu bəyan edib.

İcmal.Az

RƏYLƏR