Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB

OXUNUB: 629 SİYASƏT

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.

İcmal.Az "haberler.com”a istinadən xəbər verir ki, Türkiyə prezidentinin təyyarəsi Bakı vaxtı ilə 12:15-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib. 

Ərdoğanı hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər qarşılayıb.

10:05

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Bakıya gələcək.

İcmal.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Ərdoğanın təyyarəsi səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edəcək.

Səfər çərçivəsində Türkiyə prezidenti azərbaycanlı həmkarı İlham Əliyevlə təkbətək görüş keçirəcək.

Ərdoğan Bakıdan birbaşa Şimali Kipr Türk Respublikasına, iyulun 11-də isə Brüsselə yollanacaq. Türkiyə prezidenti iyulun 11-12-də Brüsseldə keçiriləcək NATO sammitində iştirak edəcək. 

İcmal.Az

RƏYLƏR