Ərdoğan dünya çempionunun 20 illik karyerasına SON QOYDU - FOTO

OXUNUB: 1031 İDMAN

Türkiyənin milli motosikletçisi, dünya çempionu Kənan Sofuoğlu karyerasını bitirdiyini açılayıb.

İcmal.Az xəbər verir ki, bu barədə instaqram hesabından açıqlama verən idmançı qərarı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın istəyi ilə qəbul etdiyini bildirib.

Yarış karyerasını bu həftəsonu İtaliyada keçiriləcək yarışlardan sonra bitirəcəyini deyən Sofuoğlu qərarında ailəsinin də payı olduğunu vurğulayıb: "Son zamanlarda aldığım zədələr, ailəmin qorxuları və prezidentimizin təkidi ilə düşündüyümdən daha tez karyerama son qoyacam. Gözüm arxada qalmayacaq, çünki ölkəmizi dünyada təmsil edəcək idmançılar yetişdirmişik. 20 illik karyeram ərzində tək xəyalım Dünya Çempionatına qatılmaq idi ki, 5 dəfə çempion olmuşam”.

İcmal.Az

 

RƏYLƏR