Erməni Bakıda məhkəmə qarşısında

OXUNUB: 748 SOSİAL HADİSƏ

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən erməni əsilli Marat Ueldanovun barəsindəki hökmdən apelyasiya şikayəti verilib.

 Marat Ueldanovun apellyasiya şikayəti araşdırılması üçün hakim Əflatun Qasımovun icraatına verilib.

Məhkəmənin ilkin baxış iclası avqustun 4-nə təyin edilib.

İttihama görə, Rusiya vətəndaşı Marat Ueldanov 2016-cı il iyulun 28-də Bakıda saxlanılıb.

Bundan sonra Ermənistan mediası onun erməni əsilli olduğunu açıqlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Marat Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apellyasiya şikayəti verib./oxu

 

İcmal.Az

RƏYLƏR