“Ermənistan çaşqın vəziyyətə düşüb” - Müdafiə Nazirliyi

OXUNUB: 757 SİYASƏT

Azərbaycan Müdafiə Nazirliyi Ermənistana cavab atəşinin endirilməsi barədə məlumata münasibət bildirib.

İcmal.Az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidməti münaqişə zonasında bölmələrimiz tərəfindən Amerika istehsalı olan TR-107 yaylım atəşli reaktiv sistemlərindən (YARS) istifadə olunması barədə Ermənistanın Müdafiə Nazirliyinin yaydığı dezinformasiyanı təkzib edib:

"Ermənistanın Müdafiə Nazirliyi yalan məlumat yaymaqla çaşqın vəziyyətə düşüb. Belə ki, əslində TR-107 yaylım atəşli reaktiv sistemi (YARS) Amerikada deyil, Türkiyədə istehsal olunur. "Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələri bu yaylım atəşli reaktiv sistemlərini tətbiq etməyib, yalnız düşmənin dinc əhalinin ölümünə səbəb olan təxribatının qarşısını alıb”.

 

İcmal.Az

RƏYLƏR