Əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib - RƏSMİ

OXUNUB: 1642 SİYASƏT

"Düşmən tərəfindən Azərbaycan hərbçilərinə qarşı törədilən cinayətlərlə bağlı Hərbi Prokurorluqda dörd cinayət işi aparılır”.

Bunu Baş prokuror Kamran Əliyev keçirilən brifinqdə bildirib:

"Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş və bizdə olan cəsədlərin bir hissəsinə baxış zamanı onların başqa ölkələrin vətəndaşları olduğu müəyyənləşdirilir”, - o qeyd edib.

 

K.Əliyevin sözlərinə görə, əldə olunan sübutlara əsasən, Azərbaycandan əsir düşən şəxslərə qarşı çox amansız davranılır:

"Bizim əsirlər və meyitlərə qarşı təhqiramiz davranış göstərildiyi aşkarlanıb. Elə hallar olub ki, əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib. Belə faktlar mövcuddur”.

7News.Az

RƏYLƏR