“Eurovision 2017”də Azərbaycana kim və necə səs verib?

OXUNUB: 546 ŞOU-BİZNES
Ukraynada keçirilən "Eurovision 2017” beynəlxalq mahnı müsabiqəsi başa çatıb. Müsabiqənin qalibi "Amar Pelos Dois” mahnısı ilə Portuqaliya təmsilçisi Salvador Sobral oldu. Azərbaycan bu müsabiqədə 14-cü yeri tutub. Dihaj "Skeletons” mahnısı ilə münsiflərin və televiziya tamaşaçılarının səsverməsinin nəticələrinə görə 120 bal toplayıb.

İcmal.Az 1news.az-a istinadən Azərbaycana səs verən Avropa ölkələrini və Dihajın çıxışına verdikləri balların sayını təqdim edir:

San-Marino – 5 bal
Albaniya – 2 bal
Yunanıstan – 10 bal
Moldova – 5 bal
Bolqariya – 5 bal
İtaliya – 12 bal
Portuqaliya – 12 bal
İrlandiya – 1 bal
Gürcüstan – 10 bal
Kipr – 1 bal
Macarıstan – 4 bal
Belçika – 4 bal
Polşa – 1 bal
Ukrayna - 6 bal

Bütün iştirakçı ölkələrin televiziya tamaşaçıları Azərbaycana daha 42 bal veriblər. Nəticədə Dihaj 120 balla 14-cü yeri qazanıb.
 
İcmal.Az

RƏYLƏR