"Facebook" uzaq məsafədən kimliyi təsdiq edəcək

OXUNUB: 585 SOSİAL
"Feysbuk” şirkəti API imkanı təqdim edən ABŞ-ın "Confirm.io" şirkətini satın alıb.

İcmal.Az publika.az-a istinadən xəbər verir ki, şəbəkə istifadəçiləri tərəfindən uzaq məsafədən kimliyin təsdiq edilməsinə xidmət edən startapı satın alan "Feysbuk" şirkəti istifadəçi tərəfindən təqdim edilən rəsmi sənədlərin - şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsinin orijinallığını tanıyacaq.

Bu sistemi istifadə etmək üçün isə Bostonda fəaliyyət göstərən startapı dayandıraraq API imkanı təqdim edən ABŞ-ın "Confirm.io" şirkətini alıb. Artıq şirkətin bütün komandası və texnologiya imkanları birbaşa "Feysbuk"a keçiriləcək.

Sözügedən startapa daxildir: istifadəçilərin kimliyinin təsdiqi, smartfondan toplanılan biometrik məlumatlar və sifətin tanınması texnologiyası. "Feysbuk" şirkəti istifadəçiləri üçün xüsusi imkanlar təqdim edəcək. Belə ki, hesabının şifrəsini unudan istifadəçi hesabına müdaxilə edildiyi zaman əlavə eyniləşdirmə üçün "Confirm.io" həllindən istifadə edə biləcək.

Funksiyanın tamamilə işləməsi üçün şirkət yeni qeydiyyat zamanı, istifadəçilərdən şəxsiyyət vəsiqəsinin və ya rəsmi hər hansı bir sənədin surətini skan edərək göndərməyi xahiş edir.
 
İcmal.Az

RƏYLƏR