Faiq Nağıyev əxlaqsız təkliflə bağlı ittihama cavab verdi

OXUNUB: 325 ŞOU-BİZNES
"Serialda çəkilən aktrisalar ayağa qalxıb, onlar Famiz Hüseynovu məhkəməyə vermək istəyir”.

Bunu İcmal.az-a açıqlamasında ATV-də yayımlanan "Aldanmış hisslər” serialının rejissoru Faiq Nağıyev aktyor Famiz Hüseynovun ona və aktrisalara qarşı səsləndirdiyi ağır ittihamdan danışarkən deyib. 

Rejissor qeyd edib ki, Famiz Hüseynov aktyor deyil, modeldir:

"Bu adamın mənimlə rəsmi müqaviləsi yoxdur. Mən peşəkar aktyorlara müqavilə bağlamışam. Rəsmi müqavilədə göstərilib ki, 4 bölüm çəkilişdən sonra aktyorlara ödəniş olacaq. Bu adam yanıma gəlib və xahiş edib ki, "məni də çək, məni tanıt” və s. Onu qəbul elədim və çəkdim. Çəkilişlə bağlı aramızda ödəniş söhbəti olmayıb. Onu serialdan uzaqlaşdırmağımın səbəbi sosial şəbəkədə dövlət əlehinə yazdığı statuslar olub. Mən ona dəfələrlə başa saldım ki, özünü yığışdırsın, hətta şahidlərim də var. Dövlət əleyhinə böyük ittihamlar səsləndirir. Dəfələrlə dedim ki, belə şey eləmə, mən dövlətimi sevən adamam, bu mənə xələl gətirir. Famiz mənə hədə-qorxular gəlir. "Ya məni seriala qaytarmalısan, ya da mənə pul verməlisən, yoxsa mən səni biabır edəcəm” deyir. 54 nəfər heyət var, hamısı onun şantaj xarakterli səs yazıları ilə tanışdır. Səs yazıları sübut kimi saxlanılır. Əgər o, hərəkətlərinə davam etsə, biz məsələni qanun çərçivəsində həll edəcəyik”.

Xalq artisti Tariyel Qasımov serialda belə bir aktyoru tanımadığını deyib:

"Mən də həmin serialda çəkilirəm. Onların arasında nə olub, nə keçib, bilmirəm. Faiqə böhtan atır. Yəqin ya onu filmə çəkməyib, ya da çəkiliş meydançasından qovub. Faiqin aktyoralara münasibəti göz qabağındadır. Mən çəkildiyim serialda Faiqdən kobud münasibət görməmişəm”.

Qeyd edək ki, ATV-də efirə gedən "Aldanmış hisslər” serialının aktyoru Famiz Hüseynov ekran işinin rejissoru Faiq Nağıyevi ittiham edib. Aktyor sosial şəbəkədə yaydığı videoda bildirib ki, rejissor qonorarları ödəmədiyi və gənc aktrisalara əxlaqsız təklif etdiyi üçün serialdan uzaqlaşıb.

RƏYLƏR