Fazil Mustafa: Buzova görə 100, yeni doğulan körpəyə görə 45 manat ödənilir

OXUNUB: 529 SOSİAL

Milli Məclis "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsini müzakirə edib.

İcmal.Az Publika.az-a istinadən xəbər verir ki, layihə barədə deputatlara komitə sədri Ziyad Səmədzadə məlumat verib.

Komitə sədri deyib ki, gələn il üçün yaşayış minimumu ölkə üzrə 173, əmək qabiliyyətli əhali üçün 183, pensiyaçılar üçün 144, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib: "Bu rəqəmlər əvvəlki illə müqayisədə 11 faiz çoxdur”.

Daha sonra deputat Fazil Mustafa sosial müavinətlar barədə danışıb. O deyib ki, yeni doğulan uşaqlara görə ödəniləcək müavinət artırılmalıdır: "Kənd təsərrüfatında yeni doğulan buzova görə 100 manat ödəniş olunur. Ancaq yeni doğulan körpəyə görə birbaşa müavinət 45 manatdır”.

İcmal.Az

RƏYLƏR