Fransadakı “Qarabağ” Azərbaycan məktəbinin kollektivi ilə görüş - Fotolar

OXUNUB: 15 GÜNDƏM

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Fransanın Nant şəhərinə səfər edib və yeni dərs ilinin başlanması ilə əlaqədar buradakı "Qarabağ” Azərbaycan məktəbinin kollektivi ilə görüş keçirilib.

İcmal.Az-ın məlumatına görə, komitə sədri Fuad Muradov və digər qonaqlar məktəbin fəaliyyəti və kollektivin qayğıları ilə maraqlanıb. Burada yaşayan onlarla soydaşımızın iştirak etdiyi görüşdə uşaqların təhsil imkanlarının artırılması, məktəbin tədris vəsaitlərilə tam təmin olunması və soydaşlarımızın asudə vaxtlarının səmərəli təşkilinin yaxşılaşdırılması ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.

"Qarabağ” Azərbaycan məktəbinin nümunəvi fəaliyyətinin rəğbətlə qarşılandığı qeyd olunub və məktəbə marağın həddindən artıq olması nəzərə alınaraq, fəaliyyətinin genişləndirilməsi məsələsi müzakirə olunub.

Məktəbdə keçirilən görüşdə Azərbaycanın Fransadakı səfirliyinin nümayəndəsi də iştirak edib.

Qeyd edək ki, Nant şəhərindəki "Qarabağ” Azərbaycan məktəbi ötən il Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə açılıb.

 




RƏYLƏR