Futbol üzrə dünya çempionatının topu kosmosdan gəldi – FOTO

OXUNUB: 89 İDMAN

Beş aylıq kosmik ezamiyyət başa çatıb: kosmik ekspedisiyanın 3 üzvü "Soyuz MS-07” gəmisi ilə yerə enib. 

İcmal.Az xəbər verir ki, rusiyalı kosmonavt Anton Şkaplerov, NASA-dan olan astronavt Skot Tinql və Yaponiyadan olan astronavt Norisiqe Kanainin olduğu gəmi Qazaxıstanın Jezkazqan şəhərində eniş edib. 

"Roskosmos”un çəkdiyi fotolardan görünür ki, yerli vaxtla 18:39-da eniş edən gəminin olduğu ərazinin üzərində xilasedici vertolyotlar dövrə vurur. 

"Biz biraz yorulmuşuq, amma Yerə qayıtmağımıza görə çox xoşbəxtik”, - aparatdan birinci çıxan Şkaplerov deyib.

"Və günəşli havanın olması çox yaxşıdır”, - kosmonavt əlavə edib. 

Kapsuldan ikinci Tinql çıxıb. Sonuncu olaraq gəmini Norisiqe Kanai tərk edib. 

Hər üç ekipaj üzvü stulda əyləşdirib və ayaqlarını adyallarla bürüyüblər. Tinql və Kanai Karandaya, oradan isə Texas ştatının Hyuston şəhərinə gedəcəklər. 

Şkaplerov Moskvaya gedib, o, özü ilə kosmosa apardığı futbol üzrə dünya çempionatının rəsmi topunu gətirib. 

Beynəlxalq Kosmik Stansiyanın yayımladığı reportajlarda Şkaplerovun həmkarları ilə kosmosda futbol oynaması əks olunub. 

Məlumatlara görə, bu topdan DÇ-20148-in açılış oyununda istifadə ediləcək. 

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}