Futbolçumuzla voleybolçumuz evlənir – FOTO

OXUNUB: 1308 İDMAN

Futbol üzrə millimizin sabiq hücumçusu Fərid Quliyev və voleybol üzrə qadınlardan ibarət yığmamızın üzvü Oksana Kiselyova evlənəcək.

Bir neçə vaxtdır sevgili olan cütlük evlənmək qərarına gəliblər. Artıq onların nikah mərasimi keçirilib.

Onlar fevralın 24-də ailə həyatı quracaqlar. Toy Bakıda baş tutacaq.

Oksana Kiselyova fan səhifə adlı şəxsin şəkli.

Qeyd edək ki, Fərid Quliyev 2016-cı ildə Türkiyənin "Yozqatspor” klubundan ayrıldıqdan sonra hər hansısa peşəkar klubda çıxış etməyib. Oksana Kiselyova isə noyabrda əməliyyat olunduğundan, 6 aylıq karyerasını məcburi "dondurub”.

İcmal.Az

RƏYLƏR