"Gecə saat 2-də Abşeron polis şöbəsinin sərxoş əməkdaşı zəng etdi ki, gəl şöbəyə, ərizə yaz" - BİABIRÇILIQ

OXUNUB: 54 Özəl GÜNDƏM HADİSƏ
7NEWS.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Əvəz Zeynallı məlumat verib: "Elə bu saatda (red.: 23.09.2021, saat 1:45) vətəndaş yazır: "Gecəniz xeyir. Müəllim, siz jurnalistsiniz, hansı saatda sizə yazmağımızın maneçiliyi olmaz. Hazırda Abşeron Xırdalanda, Kristal Abşeron-2, bina 9-da yaşayıram.
Mənzil sahibiyəm. Yan qapı olan mənzilin ev sahibi Tovuzda yaşayır. 4 ildir evini kirayə verib. Əxlaqsız bir qadın qalır, daha orada olmayan əxlaqsızlıqlar yoxdur. Təkcə 102 xidmətinə 2019-cu ildə 256 dəfə yazdırmışıq. Ancaq yalançı kağız üzərində yazışmalar, pozuşmalardan başqa bir şey yoxdur...
2020-ci ili və 2021-ci il iyul ayına kimi burada yaşamadım. 3 aydır yenə buradayam. Yenə eyni biabırçılıq davam edir. Saat 01.35-dir, zəng etdim 102-yə... Mənə indi Abşeron polisi zəng etdi ki, gəl, şöbəyə, ərizə yaz. Bu saatda qadın şöbəyə getsin? Telefonda danışan polis elə bil sərxoş idi. Vallah dəhşətdir. Əməliyyat qrupu gəlmir. Biz bu saatda yuxusuzuq 1 əxlaqsız kirəkeş üzündən..."
Durun, gedin, vətəndaşın şikayətini həll edin, o əxlaqsızlıqları oradan rədd edin, polis qardaşlar! Gecə saat 01.00-da vətəndaşı polis idarəsinə ərizə yazmağa çağırmaq nə deməkdir, əfəndilər?! 

7NEWS.az

RƏYLƏR