"Ermənistanın tör-töküntü ordusu belə təxribatlarla heç nəyə nail ola bilməz" - Elşən Musayev

OXUNUB: 393 Özəl GÜNDƏM HADİSƏ


"Ermənistanın növbəti təxribatı ondan xəbər verir ki, bunların təfəkküründə, mahiyyətində heç nə dəyişməyib. Dayanmırlar, öz məkrli niyyətlərindən əl çəkmirlər, öz vandal xislətlərini yenə nümayiş etdirirlər. Amma belə təxribatlarla harasa getmək, məqsədə çatmaq mümkündürmü? Əsla və əsla! Ermənistanın tör-töküntü ordusunun və uğursuz, strategiyasız, bədnam siyasi hakimiyyətinin belə avantürist və nadan əməllərlə nəyəsə nail olması mümkünsüzdür. Çünki qüdrətli Azərbaycan ordusu, qəhrəman Azərbaycan əsgəri öz torpaqlarını qoruyacaq əzmdə və gücdədir. 44 günlük müharibədə biabır və məğlub olmuş erməni ordusu əzəli torpaqlarımızın bir qarışına belə toxuna, yaxınlaşa bilməz. Yaxınlaşmaq istəsə, hər yaxınlaşdığında öz başına bəla açacaq və həmin başın üzərində "dəmir yumruq”u görəcək. Dünən gecə gördükləri kimi!”

7news.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib

Ən qəribəsi isə odur ki, təxribatçı Paşinyan dünəndən etibarən durmadan haralarasa zəng edir. Hərgah, adama sual verən lazım: "Belə qorxaqsansa, çətinə düşən kimi, uduzan kimi telefonu qarşına qoyub kimisə arayacaqsansa niyə bu təxribatları edirsən bəs? Cəsarətin, gücün, təpərin yoxdursa niyə məkrli niyyətlərinə son qoymursan? Niyə sülh müqaviləsini imzalamalı olduğun halda sabitliyi pozan addımlar atırsan? Səbəb nədir? Bəlkə sifarişdir, bəlkə təlimatdır, bəlkə düşünürsən ki, belə davranmaqla özünə sərf etməyən hansısa prosesin qarşısını ala biləcəksən?

Paşinyan yanlış ardınca yanlış edir. Amma bu ona baha başa gələcək.  Ermənistan ağıllanana qədər öz cavabını alacaq. Həm də ən sərt formada. Görünən də odur ki, Ermənistan ordusunun başı "dəmir yumruq” üçün darıxıb. Yaddaşları, ağılları yoxdur bunların. 44 günlük müharibədə necə rəzil olduqlarını tez unudublar deyəsən. Amma əgər unudublarsa, Azərbaycanın qüdrətli ordusu onlara həmin günləri yenidən xatırladar” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR