"Respublika Klinik Xəstəxanası tövlədir, səhiyyəmiz pul silməklə məşğuldur"

OXUNUB: 384 Özəl GÜNDƏM HADİSƏ
7NEWS.az xəbər verir ki, bu barədə tanınmış naşir Şahbax Xuduoğlu şərh paylaşıb: "Bacımın vəziyyəti ağırdır. Dünən gördüm. Neçə vaxtdır, halını yanına gedənlərdən soruşurdum. Dünən ürək etdim, həm də içimdə bir bağın dartıldığını hiss etdim...
Hələ Respublika Klinik Xəstəxanasına yerləşdiriləndə yanına getdim, amma reanimasiyada olduğu üçün görə bilmədim. Xəstəxanaya yox, elə bil tövləyə gəlmişdim. Dedilər ki, bacımı içəridə yatağa bağlayıblar ki, birdən buradakı vəziyyətə dözməyib, evə gedər. 
Bir müddət xəstəxananın dəhlizində gözlədim, yanımdaca iki nəfərin cansız bədənini apardılar. Qohumların hönkürtüsü adamın ürəyini parça-parça edirdi.
Elə o axşam bacımı təcilli yardım Mərkəzi Klinikaya götürdü. Kamran doktorun köməyini unuda bilmərəm.
Orda xidmət yüksək səviyyədədir. Otaqlar təmiz, personal peşəkar.  Toplaşdıq, yır-yığış etdik, hərə öz imkanı ilə kiçik bir büdcə yaratdıq. 
Analizlər, diaqnozlar, dərmanlar, həkimlər: pul sel kimi gedir. Büdcəmiz tez bitdi. Bacımı ordan çıxarmaq məcburiyyətində qaldıq. 

İndi kirayə evdə gündəlik heç də az  xərci olmayan həkim nəzarətindədir. 

Həm də məlum oldu ki, xəstəxanalarda bacımın xəstəliyinin nədən ibarət olduğu dəqiq müəyyənləşməyibmiş. Orda bir müalicə, burda tamam başqa müalicə… 

Bu dövlət gözümün qabağında qurulub. Meydanlar, mitinqlər, müstəqillik, azadlıq. "Dövlətə canımız qurban” deyib küçələrdə bayraq kimi sancılıb qalmışıq. 

Amma indi görürəm ki, bu dövlət qurulmayıb, əksinə küçə-küçə, ev-ev dağılmaqda davam edir. Milyonlar ayrılsa da, təhsili kimi səhiyyəsi də mənzillərə köçüb… 

Xəstəxanalar isə sadəcə pul silmək üçündür."

RƏYLƏR