Gəncə sakini Göygöldə bıçaqlanıb.
İcmal.Az APA-ya istinadən xəbər verir ki, şəhər sakini 1966-cı il təvəllüdlü İbrahimov Etibar Musa oğlu qarnın kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
E. İbrahimov dərhal əməliyyat olunub, vəziyyəti orta ağırdır. Məlumata görə, E. İbrahimov Göygöl rayonunda mübahisə zəminində bıçaqlanıb
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.