Gəncədə iki xalaoğlu bıçaqlanıb

OXUNUB: 1018 HADİSƏ

Gəncədə dava zaman iki xalaoğlu bıçaqlanıb.

Hadisə şəhərin qərb çıxışında olan obyektlərin birinin qarşısında qeydə alınıb.

Məhsəti qəsəbə sakini 1993-cü il təvəllüdlü Rzayev Emin və onun xalası oğlu, Goranboy rayon sakini, 1990-cı il təvəllüdlü Rzayev Elmir bıçaqlanaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına gətiriliblər. Onlara tibbi yardım göstərilib. Məlumata görə, Elmir Rzayev dalaşanları ayırmaq istəyib. Nəticədə qarşı tərəf hər iki xalaoğlunu bıçaqlayıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır./apa

İcmal.Az

RƏYLƏR